Aşağı Tüləkəran kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir.
26 may 2022 | 15:06
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Aşağı Tüləkəran kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis Şöbəsinin rəis müavini, Ağsaqqallar Şurasının sədri, rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.