Autizm xəstəlik deyil, fərqlilikdir mövzusunda tədbir keçirilib.
23 dekabr 2025 | 16:46
23 dekabr 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Autizm spektr pozuntuları olan uşaqların müayinə və müalicəsinə dəstəyin göstərilməsi, müvafiq sahədə mütəxəssislərin bilik və bacarıqlarının artırılması, valideynlərin maarifləndirilməsi, cəmiyyətdə bu cür uşaqlara qarşı olan stiqma və stereotiplərin aradan qaldırılması” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Quba RİHB aparatının, Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin əməkdaşları, təhsil işçiləri və valideynlər iştirak etmişdir.
Çıxışlar zamanı dövlətimiz tərəfindən autizm spektrli uşaqlara göstərilən qayğı, təhsil sahəsində onlarla aparılan inklüziv iş barədə söhbətlər açılmışdır.








