Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Ravvinləri Konfransının icraçı direktoru və aparat rəhbəri Quba rayonuna səfər etmişdir.

20 iyul 2022 | 18:11

Avropa Ravvinləri Konfransının icraçı direktoru və aparat rəhbəri cənab Qadi Qroniçin rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonunda səfərdə olmuşdur. Səfərdə Avropa Ravvinləri Konfransının hüquq departamentinin rəhbəri Şorena Mikava, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səfər Səfərli iştirak etmişdir. Səfər çərçivəsində Quba Rayon İcra Hakimiyyətində qonaqlarla görüş keçirilmiş, sonra isə qonaqlar dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı sinaqoqlarla və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olmuşlar.

Keçidlər