Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Vüsal Nəsirli və Quba RİH başçısı İlqar Mahmudov sürüşmə ərazilərinə baxış keçirmişdir.
16 aprel 2026 | 17:45
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Vüsal Nəsirli, Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədr müavini Əvəz Qocayev və aidiyyəti təşkilatların rəhbər şəxslərinin iştirakı ilə Quba-Qonaqkənd-Muçu avtomobil yolunda yaranmış vəziyyətə baxış keçirilmişdir.
Quba-Qonaqkənd-Muçu avtomobil yolunda baş vermiş torpaq sürüşməsindən sonra, yolun 41-ci km-dən başlayaraq alternativ yolun tikintisi ilə tanış olan Vüsal Nəsirli, daha sonra Quba-Alpan-Susay-Xınalıq avtomobil yolunda baş verən torpaq sürüşməsinin yaratdığı fəsadlara baxış keçirmiş, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.








