Axısqa türklərinin öz torpaqlarından deportasiya olunmasının 78-ci ildönümü ilə əlaqədar Azərbaycan-Türkiyə Qardaşlıq Parkında tədbir keçirilmişdir.
14 noyabr 2022 | 15:12
14 noyabr 2022-ci il tarixdə Axısqa türklərinin öz torpaqlarından deportasiya olunmasının 78-ci ildönümü ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP rayon təşkilatının sədri, RİHB aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Ağbil kəndində Vətən Müharibəsi şəhidi Bayraxtarov Batdal Mikail oğlunun şərəfinə yaradılmış xatirə bulağı və Quba rayonunun Şəhidlər Xiyabanı ziyarət edilmiş, ardınca Azərbaycan-Türkiyə Qardaşlıq Parkında tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Axısqa Türkleri Vətən İctimai Birliyinin Quba rayonu üzrə nümayəndəsi Səlimjan Rizmanov, təşkilatın üzvü İsmayıl Rəhimov axısqa türklərinin keçdiyi məşəqqətli həyat yolundan danışmış, ölkəmizdə bütün xalqlara, o cümlədən axısqa türklərinə göstərilən dövlət qayğısını qeyd etmişlər. Sonda məktəblilərin ifasında şerlər səsləndirilmişdir.