Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan bayrağı”nı qürurla dalğalandıran “Vətən” adlı ədəbi-bədii tədbir keçirilmişdir.

20 dekabr 2022 | 17:51

Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tanınmış Azərbaycan şairi Ramiz Qusarçaylının “Vətən” poemasının təqdimatına həsr olunmuş “Azərbaycan bayrağı”nı qürurla dalğalandıran “Vətən” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi, şəhid ailələri, qazilər, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, elm adamları, şairlər, ictimai fəal insanlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Keçidlər