Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə bədii gimnastika üzrə 28-ci ölkə birinciliyi keçirilmişdir.

27 oktyabr 2023 | 18:53

26 və 27 oktyabr 2023-cü il tarixlərdə Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə bədii gimnastika üzrə 28-ci ölkə birinciliyi keçirilmişdir. İki gün davam edən yarışda 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizə aparmış, yarışın açılış və mükafatlandırma mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba RİHB aparatının, Azərbaycan Gimnastika Federasiyasının, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri,  gənclər və könüllülər iştirak etmişdir.

Keçidlər