Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

01 noyabr 2023 | 16:33

1 noyabr 2023-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin şöbə müdiri Səbuhi Bəşirov, akademik Yaqub Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vahid Əhmədov, Anatoliy Rafailov və Anar İsgəndərov, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri - tarix elmləri doktoru Solmaz Tohidi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev və digərləri, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin kollektivi, həmçinin regional idarə müdirləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mədəniyyət, təhsil işçiləri və gənclər iştirak etmişdir.

Konfransdan əvvəl Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunmuş, kompleksin ərazisində ağacəkmə aksiyası keçirilmiş, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi ziyarət edilmiş və Heydər Əliyev Mərkəzində təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.

Keçidlər