“Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi”nin açılış mərasimi baş tutub.
16 dekabr 2025 | 09:11
“Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi”nin açılış mərasimi baş tutub.
15 dekabr 2025-ci il tarixdə keçirilən “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi”nin açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Arif Nəbiyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Günel Ələsgərli, Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Mənsur Ağayev iştirak etmişdir.
“Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Quba Olimpiya İdman Kompleksində keçirilən düşərgə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, “ASAN xidmət” və ”ICESCO”nun tərəfdaşlığı ilə həyata keçirilir. Düşərgədə “İlin Könüllüsü”, “Fəal Könüllü” mükafatı ilə təltif edilən könüllü gənclər, həmçinin Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin könüllüləri iştirak edir.








