Azərbaycan-Özbəkistan dostluğunda regional əməkdaşlığın yeni uğurları.
24 avqust 2026 | 13:02
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsində mühüm mərhələyə çevrilib.
Səfər çərçivəsində keçirilən rəsmi tədbirlərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun da daxil olduğu heyət iştirak edib.
İki ölkənin bölgələri arasında birbaşa dialoqun genişlənməsi ortaq dəyərlərin və iqtisadi-mədəni bağların güclənməsinə xüsusi töhfə verir.
Xatırladaq ki, 2024-cü ildə Quba şəhəri ilə Özbəkistanın Cizak şəhəri arasında qardaşlaşma münasibətləri qurulub.








