Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov Qubada vətəndaşları qəbul etmişdir.

16 iyun 2023 | 14:22

16 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov Quba rayonunda vətəndaşların qəbulunu keçirmişdir. Qəbuldan əvvəl Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, daha sonra rayonun Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçirilmişdir.

Keçidlər