Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul etmişdir.

23 may 2023 | 12:49

23 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradova Quba rayon Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir. Qəbuldan əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, qarşısına gül dəstələri qoymuşlar.

Keçidlər