Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev Qubada vətəndaşları qəbul etmişdir.

04 avqust 2023 | 17:22

4 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev Quba rayon prokurorluğunda Quba, Qusar və Xaçmaz rayonları üzrə vətəndaşların qəbulunu keçirmişdir.

Qəbuldan əvvəl Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev və Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini cənab Tariyel İbrahimov Quba rayon prokuroru və Quba rayon məhkəməsinin sədri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsini ziyarət etmiş və Ümummilli Liderimizin abidəsinin qarşısına gül dəstələri qoymuşlar.

Keçidlər