Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbov Qubada vətəndaşları qəbul etmişdir.

19 aprel 2023 | 11:53

19 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbov Quba rayon Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir. Qəbuldan əvvəl Gənclər və İdman naziri cənab Fərid Qayıbov və Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, qarşısına gül dəstələri qoymuşlar.

Keçidlər