“Azərbaycan və Gürcüstan Gənclərinin II Beynəlxalq Düşərgəsi” çərçivəsində Quba rayonuna qonaqlar səfər etmişdir
“Azərbaycan və Gürcüstan Gənclərinin II Beynəlxalq Düşərgəsi” çərçivəsində 24 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Gürcüstan Respublikasının Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze, Gürcüstan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Zurab Pataradze Quba rayonuna səfər etmişlər. Əvvəlcə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və qonaqlar Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsini ziyarət etmiş, Qırmızı Qəsəbədə Dağ Yəhudilərinin muzeyi, daha sonra isə qonaqlar Quba rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə yerləşən STEAM mərkəzi ilə tanış olmuşlar.








