“Azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər Əliyev dühası: milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilmişdir.
11 dekabr 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Quba rayon Heydər Əliyev Mərkəzində “Azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər Əliyev dühası: milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Şahin İsrafilov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Pərvin Ağasiyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavi Mustafa Möhbalayev, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, regionun elm, təhsil və mədəniyyət sahəsində çalışan əməkdaşları, ziyalılar, din xadimləri və gənclər iştirak etmişdir.
Konfransda elm, təhsil, mədəniyyət, insan hüquqları, milli-mənəvi dəyərlərin qorunması və gənclər sahəsində Ümummilli Lider Heydər Əliyevin apardığı islahatlar haqqında danışılaraq qeyd edilmişdir ki, Ulu Öndərin irəli sürdüyü Azərbaycançılıq ideologiyası nəinki ölkəmizdə yaşayan müxtəlif etnos və xalqları, həmçinin konfessiyaları bir araya gətirdi, bundan əlavə bütün dünya azərbaycanlılarının bir amalın ətrafında birliyinə nail olundu. Dünya azərbaycanlılarını birliyə və vəhdətə səsləyən Ulu Öndər Heydər Əliyev müdrik rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, eyni zamanda güclü və qüdrətli, müstəqil Azərbaycan naminə böyük səylər göstərərək buna nail olmuşdur.
Konfransdan əvvəl təşkilatçı qurumların məsul şəxsləri və rəhbərləri tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət olunmuşdur.