Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərişıq” ASC-nin sədri Qubada vətəndaşları qəbul etmişdir.

31 avqust 2022 | 12:25

31 avqust 2022-ci il tarixdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Vüqar Əhmədov Quba rayonunda vətəndaşların qəbulunu keçirmişdir.

Əvvəlcə “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədov və Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkında abidəsinin önünə gül dəstələri qoymuşlar. Daha sonra isə Quba rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçirilmişdir.

Keçidlər