“Azərişıq” ASC-nin sədri Qubada vətəndaşların qəbulunu keçirib.
28 fevral 2025 | 14:46
“Azərişıq” ASC-nin sədri Qubada vətəndaşların qəbulunu keçirib.
28 fevral 2025-ci il tarixdə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Quba rayonunda vətəndaşların qəbulunu keçirmişdir. Qəbuldan əvvəl “Azərişıq” ASC-nin sədri və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, qarşısına gül dəstələri düzmüşlər. Daha sonra rayonun Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçirilmişdir.