Şriftin ölçüsü :

Saytın rəngi :

Bad kəndində sakinlərlə görüş keçirilmişdir.

29 iyun 2022 | 14:06
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rustov kənd İnzibati Ərazi Dairəsinin Bad kəndində olmuş, kənd sakinləri ilə görüşərək onları narahat edən məsələləri dinləmiş və kənddəki mövcud problemlərin qısa vaxt ərzində həlli məqsədilə aidiyyəti şəxslərə lazımi tapşırıqlar vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Bad kənd sakini III qrup Vətən Müharibəsi əlili Bədəlov Elvin Seyfəddin oğlunun evində də olmuş, qazimizi narahat edən məsələlərlə maraqlanmış, onun ailəsinin mənzil-məişət şəraiti ilə yaxından tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıqlarını vermiş, qazimizə köməkliklər göstərmişdir.
Keçidlər