Şriftin ölçüsü :

Saytın rəngi :

Bağbanlı qəsəbəsində yeni məktəb binası tikiləcək.

30 avqust 2022 | 12:14

30 avqust 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə yaxın günlərdə Heydər Əliyev Fondu tərəfindən yeni binanın tikintisinə başlanacaq şəhid Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta məktəbində olmuş, mütəxəssislərlə geniş fikir mübadiləsi və məsləhətləşmələr aparmış, lazımi tapşırıq və tövsiyələrini vermişdir.

Görüş zamanı qəsəbə sakinləri və məktəbin müəllimləri yeni binanın tikintisinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə və bu işdə əməyi olan hər bir kəsə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.

Keçidlər