Şriftin ölçüsü :

Saytın rəngi :

Barlı qəsəbəsində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

07 noyabr 2024 | 14:58

Barlı qəsəbəsində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

 

7 noyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsinin Barlı qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Barlı qəsəbəsində Birinci Qarabağ Müharibəsi şəhidləri Əliyev Ramazan Şura oğlunun və Seyidəhmədov Novruz Məmmədşah oğlunun büstlərinin qarşısına gül dəstələri düzmüşdür.

Keçidlər