Barlı qəsəbəsində səyyar vətəndaş qəbulu keçirildi.
Barlı qəsəbəsində səyyar vətəndaş qəbulu keçirilib.
6 avqust 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsinin Barlı qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Barlı qəsəbəsində Birinci Qarabağ Müharibəsi şəhidləri Ramazan Əliyevin və Novruz Seyidəhmədovun büstlərinin qarşısına gül dəstələri düzmüşdür.








