Şriftin ölçüsü :

Saytın rəngi :

Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının yəhudi əsilli deputatı Quba rayonuna səfər etmişdir.

05 iyul 2023 | 17:15

5 iyul 2023-cü il tarixdə Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının yəhudi əsilli deputatı Mixael Fraylix və onun jurnalist xanımı Nexama Blox Quba rayonuna səfər etmişlər. Səfərdə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan - Belçika parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Kamal Cəfərov və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səfər Səfərli iştirak etmişlər. Səfər çərçivəsində qonaqlarla Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi müdirinin iştirakı ilə görüş keçirilmiş, sonra isə qonaqlar dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı sinaqoqlar, Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olmuş və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.

Keçidlər