"Bilik yarışı" layihəsi çərçivəsində intellektual oyun yarışı keçirilmişdir.
07 aprel 2026 | 07:39
Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə fəalları Zərifə Mehdiyeva, Yasəmən Şahverdiyeva, İlkin Mikayılov, Kənan Rzamovun təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü liseydə mart ayı üzrə "Bilik yarışı" layihəsi çərçivəsində intellektual oyun yarışı keçirilmişdir. Yarışda Uşaq Səfirlər Məclisinin Quba rayon üzrə nümayəndəsi, fəalları, liseyin şagirdləri, müəllimlər iştirak etmişlər. Sonda 1-ci yerin qalibi olan "Quba" komandası medalla, təşkilatçılar isə Təşəkkürnamə ilə mükafatlandırılmışdır.








