Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Elşən Ərzumanovun dəfn mərasimi olub.

16 may 2025 | 18:20

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Elşən Ərzumanovun dəfn mərasimi olub.

 

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçisi Ərzumanov Elşən İsaməddin oğlunun meyitinin qalıqları 16 may 2025-ci il tarixdə şəhidin doğulduğu Quba şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əvvəlcə şəhid Quba şəhərinin girişində rayon ictimaiyyəti tərəfindən izdihamla qarşılanmış, Elşən Ərzumanovla ailəsinin yaşadığı evdə vida mərasimi keçirildikdən sonra onun Quba rayon Şəhidlər Xiyabanında dəfn mərasimi olmuşdur.

Qeyd edək ki, 23 mart 1974-cü il tarixdə anadan olan E.Ərzumanov Kəlbəcər rayonunun Murovdağ istiqamətində xidmət edib, müxtəlif döyüşlərdə iştirak edib və 5 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

Keçidlər