Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İdris Baxışovun dəfn mərasimi olub.
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İdris Baxışovun dəfn mərasimi olub.
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşmüş zabiti Baxışov İdris Osman oğlunun meyitinin qalıqları 12 iyul 2024-cü il tarixdə şəhidin doğulduğu Qənidərə kəndinə gətirilərək dəfn olunub. Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.
Qeyd edək ki, İdris Baxışov 1973-cü ildə Quba rayonunun Qənidərə kəndində anadan olub. O, 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb, müxtəlif döyüşlərdə iştirak edib və 1 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhidin meyitinin qalıqları 31 ildən sonra elə Kəlbəcər rayonunun ərazisindən tapılıb.