Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Murad Vəliyevin dəfn mərasimi olub.

12 sentyabr 2025 | 18:35

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçisi Vəliyev Murad Məlikməmməd oğlunun meyitinin qalıqları 12 sentyabr 2025-ci il tarixdə şəhidin doğulduğu Nütəh kəndinə gətirilərək dəfn olunmuşdur. Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, millət vəkili Müşfiq Məmmədli, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əvvəlcə şəhid Quba şəhərinin girişində rayon ictimaiyyəti tərəfindən izdihamla qarşılanmış, Nütəh kəndində Murad Vəliyevin ailəsinin yaşadığı evdə vida mərasimi keçirildikdən sonra onun kənd qəbirstanlığında dəfn mərasimi olmuşdur.

Qeyd edək ki, 5 aprel 1971-ci il tarixdə anadan olan M.Vəliyev müxtəlif döyüşlərdə iştirak etmiş və 4 mart 1994-cü il tarixdə Füzuli rayonu Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür.

Keçidlər