Birinici Nügədi kəndinin “Almazqazmalar” yaşayış məntəqəsində vətəndaşların səyyar qəbulu keçirildi
22 avqust 2025 | 15:56
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Birinici Nügədi kəndinin “Almazqazmalar” yaşayış məntəqəsində vətəndaşların səyyar qəbulu keçirilmişdir. Qəbulda rayon icra hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak etmişdir.
Sakinlər tərəfindən sosial infrastrukturun yaxşılaşdırılması, kommunal xidmətlərin təşkili, torpaq və məişət problemlərinin həlli ilə bağlı müraciətlər səsləndirilmişdir. Qaldırılan bütün məsələlər diqqətlə dinlənilmiş, onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulda qeyd olunmuşdur ki, vətəndaşların gündəlik qayğılarının öyrənilməsi və onların aradan qaldırılması istiqamətində dövlət başçısının tapşırıqlarına uyğun olaraq, mütəmadi olaraq yerlərdə səyyar görüşlərin keçirilməsi davam etdiriləcəkdir.








