Biznes Mərkəzi Klubunun nümayəndələri Quba rayonuna işgüzar səfər etmişdir.
06 iyul 2026 | 16:54
Biznes Mərkəzi Klubunun nümayəndələri Quba rayonuna işgüzar səfər etmişdir.
Səfərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilən kənd təsərrüfatının 2026–2030-cu illər üzrə Dövlət Proqramına dəstək olaraq bölgə sahibkarları ilə görüşlərin təşkili, paytaxt və region sahibkarları arasında əməkdaşlıq imkanlarının müzakirəsi, yeni ideyaların araşdırılması və Qubada sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələrlə tanışlıq olmuşdur.
Səfər çərçivəsində paytaxtdan olan 50-yə yaxın sahibkar və şirkət rəhbərləri Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Tariyel İbrahimov və digər məsul şəxslərlə görüşmüşdür.
Belə işgüzar səfərlər bölgədə sahibkarlığın inkişafına, aqrar və digər biznes sahələrində yeni əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcəkdir.








