Böyük Vətən Müharibəsi veteranı Qaflan Ömərovun 100 yaşı qeyd olundu
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon Ağsaqqallar Şurasının və RİH yanında İctimai Şuranın sədrləri, həmçinin digər rayon ictimaiyyətinin nümayəndələri Quba rayonunun sakini, Böyük Vətən Müharibəsi veteranı Qaflan Ömərovun 100 yaşının tamam olması münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak etmiş, ona Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun səmimi salamlarını çatdırmış və yubileyi münasibətilə təbrik edərək hədiyyələr təqdim etmişlər.
Qaflan Ömərov da çıxış edərək, dövlətimizin başçısı cənab İlham Əliyev, həmçinin respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən yaşlı və ahıl insanlara göstərilən qayğıdan bəhs etmiş, göstərilən diqqətə görə öz təşəkkürünü bildirmişdir.