Şriftin ölçüsü :

Saytın rəngi :

Buduq kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

23 may 2024 | 16:55

Buduq kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

 

23 may 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Buduq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı məlumatlandırılmış, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar vermişdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etmişlər.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Buduq kənd ibtidai məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Əliyev Qalib Səmid oğlunun büstü ilə tanış olmuşdur.

Keçidlər