Cari ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
27 iyul 2022 | 18:08
Quba Rayon İcra Hakimiyyətinin akt zalında cari ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev geniş çıxış edərək ötən yarımildə rayonda görülən işlər barədə ətraflı məlumat vermiş, eləcə də qarşıda duran vəzifələr və rayonda həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə yığıncaq iştirakçılarını məlumatlandırmışdır.