Şriftin ölçüsü :

Saytın rəngi :

Çartəpə kəndində səyyar vətəndaş qəbulu keçirilib.

07 may 2026 | 17:33
Çartəpə kəndində səyyar vətəndaş qəbulu keçirilib.
7 may 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xucbala kənd inzibati ərazi dairəsinin Çartəpə kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmiş, kənd sakinləri qeyd olunan istiqamətdə həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Çartəpə kəndinin mərkəzində inşa edilmiş 44 günlük Vətən Müharibəsi şəhidi Ürfan Məmmədovun şərəfinə yaradılan xatirə-bulaq kompleksinin və Çartəpə kənd tam orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzmüşdür.
Keçidlər