Şriftin ölçüsü :

Saytın rəngi :

“Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycan dövlətinin yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır” mövzusunda konfrans keçirilib.

15 oktyabr 2025 | 14:28
15 oktyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 Oktyabr - İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür: “Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycan dövlətinin yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, YAP Quba rayon təşkilatının fəalları iştirak etmişdir.
Çıxışlarda vurğulanmışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf etmiş, görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. 22 il bundan əvvəl Prezident seçilmiş cənab İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı kimi Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Bu gün Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirir. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaqdır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilmişdir.
Keçidlər