Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı tədbir keçirildi.
07 oktyabr 2026 | 16:56
Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”na uyğun olaraq cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə qarşı müsbət fikrin formalaşdırılması, eləcə də məhkumların azadlığa buraxıldıqdan sonra işə götürülməsində mövcud olan maneələrin minimuma endirilməsi və tədricən aradan qaldırılması üzrə Quba Rayon İcra Hakimiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə birlikdə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbir çərçivəsində cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış şəxslər məşğulluq imkanları, özünüməşğulluq üzrə dövlət dəstəyi və müvafiq dövlət proqramı barədə ətraflı şəkildə məlumatlandırılmış, onları maraqlandıran suallar cavablandırılaraq, Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə Quba Rayon İcra Hakimiyyəti, bələdiyyələr və digər aidiyyəti qurumlarla əlaqəli fəaliyyət imkanları müzakirə edilmişdir.








