Şriftin ölçüsü :

Saytın rəngi :

Çiçi kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

13 sentyabr 2024 | 17:24

13 sentyabr 2024-cü il tarixdə Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbinin yeni modul tipli binasının açılış mərasimi olub. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, kənd ziyalıları, müəllimlər və şagirdlər iştirak edib.

Mərasimdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev müəllim və şagird heyətini məktəbin yeni binasının açılışı münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsinə toxunmuşlar.

Mərasimdə həmçinin, şəhid baçısı Günəş Hacıyeva çıxış edərək yeni məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbinin 126 şagird yerlik yeni binası 1 mərtəbəli olmaqla, 9 sinif otağı, müəllimlər otağı, kitabxana, direktor otağından ibarətdir. Məktəbin həyətində 24 x 12 metr ölçülərində mini meydança da quraşdırılmışdır.

Keçidlər