Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlı kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

16 yanvar 2025 | 16:00
Dağlı kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Dağlı kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəis müavini, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Dağlı kəndində 44 günlük Vətən Müharibəsi şəhidi Yaşar Xudayevin bulaq-xatirə kompleksi, kəndin girişində və Dağlı kənd tam orta məktəbində yaradılmış Şəhid xatirə guşələri ilə tanış olmuşdur.
Keçidlər