Davudoba kənd avtomobil yolunun asfaltlama işlərinə başlanılıb.
Davudoba kənd avtomobil yolunun asfaltlama işlərinə başlanılıb.
10 dekabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov yenidənqurma və asfaltlama işlərinə başlanmış Davudoba kənd avtomobil yolunda aparılan işlərin gedişi ilə tanış olmuş, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinləri ilə də görüşərək onların qayğıları ilə maraqlanmış, kənd sakinləri onlara göstərilən yüksək diqqətə və qayğıya görə, habelə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində olduqca böyük layihələrin icrası üçün Sərəncamlar vermiş ölkə Prezidenti cənab İlham Əliyevə, həmçinin rayonun avtomobil yollarının müasir səviyyəyə çatdırılmasında rolu olan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova və Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədova, bu sahədə əməyi olan hər bir şəxsə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, asfaltlama işləri aparılacaq 2 kilometrlik yol Davudoba kəndinin mərkəzindən keçməklə əsas yola birləşdiriləcəkdir.