Şriftin ölçüsü :

Saytın rəngi :

Davudoba kənd yolunun asfaltlanma işləri başa çatıb.

10 dekabr 2025 | 16:44

Davudoba kənd yolunun asfaltlanma işləri çatıb.

10 dekabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba rayon Ağsaqqallar Şurasının sədri rayonun Davudoba kəndinə gələrək kəndin mərkəzində şəhid Orxan Cabarovun xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin qarşısına gül dəstələri düzmüş, şəhidin ailə üzvləri ilə görüşmüş, bu günlərdə yenidənqurma və asfaltlama işləri başa çatdırılmış yolda görülmüş işlərlə tanış olmuş, həmçinin kənd sakinləri ilə görüşmüşlər.
Sakinlər uzun illər ərazində uzunluğu 2 kilometrə yaxın olan yoldakı vəziyyətə görə ciddi çətinliklərlə üzləşdiklərini bildirərək həmin yolun qısa vaxt ərzində tamamilə əsaslı şəkildə yenidən qurulmasına və asfaltlanmasına görə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olmaqla Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova, eləcə də bu işlərdə əməyi olan hər bir kəsə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.

Keçidlər