Şriftin ölçüsü :

Saytın rəngi :

Dilşad Bayramovaya Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.

04 oktyabr 2024 | 16:37

Dilşad Bayramovaya Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.

 

4 oktyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov uzun illər ərzində rayonumuzun elmi və ictimai-siyasi həyatında yaxından iştirak edən şəxslərdən biri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Quba Təcrübə Bazasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq ictimai təşkilat “Beynəlxalq Aqrar Təhsil Akademiyası” nın (Rusiya Federasiyası) həqiqi üzvü Dilşad Bayram qızı Bayramova ilə görüş keçirmiş, ona “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı”nı təqdim etmiş, ən xoş arzularını çatdırmışdır.

Dilşad Bayramova elm sahəsində çalışan insanlara göstərilən diqqətə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və bu işdə əməyi keçən hər bir şəxsə öz dərin təşəkkürünü bildirmişdir.

Keçidlər