Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qubada vətəndaşların qəbulunu keçirib.
04 dekabr 2024 | 17:48
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qubada vətəndaşların qəbulunu keçirib.
4 dekabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Quba rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirmişdir.
Qəbuldan sonra Komitə sədri Quba Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul şəxslərinin iştirakı ilə Quba şəhərində yerləşən “Hacı Cəfər” “Cümə”, “Ərdəbil”, “Səkinəxanım” və “Ağ məscid” məscidləri, həmçinin Qırmızı Qəsəbə qəsəbəsində Dağ Yəhudilərinin muzeyi, “Giləki” və “Altı günbəz” sinaqoqları ilə tanış olmuşdur.