Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-islam dini icmalarının nümayəndələri Quba rayonuna səfər etmişdir.
28 mart 2023 | 16:25
28 mart 2023-cü il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqlar 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər etmişdir. Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun rəhbərliyi ilə reallaşmışdır. Səfər çərçivəsində qonaqlar Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevlə görüşmüş, Qırmızı Qəsəbədə yerləşən Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi, “Giləki” sinaqoqu, Quba şəhər “Cümə” məscidi ilə tanış olmuş, Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.