Şriftin ölçüsü :

Saytın rəngi :

“Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhlükə kimi” mövzusunda konfrans keçirilmişdir.

04 noyabr 2022 | 17:33

4 noyabr 2022-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhlükə kimi” mövzusunda konfrans keçirilmişdir. Konfransdan əvvəl Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Sahib Nağıyev, Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi Qədir Məmmədov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev Ulu Öndər Heydər Əliyevin adını daşıdığı parkda xalqımızın Ümumilli Liderinin abidəsini ziyarət etmiş, daha sonra qeyd olunan şəxslərin və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazıları, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Siyəzən, Qusar, Xaçmaz, Şabran rayonları üzrə səlahiyyətli nümayəndələri və dini icma sədrlərinin iştirakı ilə konfrans davam etmişdir.

Keçidlər