Dövlət Gömrük Komitəsinin sədri Qubada vətəndaşların qəbulunu keçirib.
06 noyabr 2025 | 15:42
6 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, sonra Quba rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin əks etdirən sərgi ilə tanış olmuşlar.
Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirmişdir.








