Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Quba rayon təşkilatının VII hesabat seçki konfransı keçirilmişdir.
26 aprel 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin akt zalında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Quba rayon təşkilatının VII hesabat seçki konfransı keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Quba rayon təşkilatının sədri Zülfurə Baxışova, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat işi və hüquq şöbəsinin baş məsləhətçisi Rəhilə Babayeva, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü, Daxili İşlər Nazirliyi birləşmiş həmkarlar ittifaqı komitəsinin sədr müavini Aygün Məmmədova və Həmkarlar İttifaqı Quba rayon təşkilatının üzvləri iştirak etmişdir.
Konfransda Həmkarlar İttifaqı Quba rayon təşkilatının sədri Zülfurə Baxışovanın və təftiş komissiyasının hesabat məruzəsi dinlənilmiş, Həmkarlar İttifaqı Quba rayonu üzrə təşkilatın sədri və komissiyaların tərkibi seçilmişdir. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Quba rayon təşkilatının sədri yenidən Zülfurə Baxışova seçilmişdir. Konfransda Həmkarlar İttifaqı Quba rayon təşkilatının bir qrup üzvünə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən fəxri fərman təqdim edilmişdir.