Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilmişdir.
23 iyun 2022 | 15:07
Quba Rayon İcra Hakimiyyətinin akt zalında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev geniş çıxış edərək dövlət qulluqçularını Peşə Bayramı Günü münasibətilə təbrik etmiş, dövlət qulluğunda çalışmanın məsuliyyətindən, bu sahədə çalışan şəxslərə göstərilən yüksək dövlət qayğısından ətraflı danışmışdır.
Tədbirin sonunda dövlət qulluğunda çalışan bir qrup şəxsə Rayon İcra Hakimiyyəti, eləcə də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının rayon Komitəsi tərəfindən fəxri fərmanlar, hədiyyələr və pul mükafatları təqdim olunmuşdur.