Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qubada vətəndaşların qəbulunu keçirib.
17 yanvar 2025 | 17:19
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qubada vətəndaşların qəbulunu keçirib.
17 yanvar 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, daha sonra Dövlət Su Ehtiyatları Agentliyinin sədri Quba Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin binasında vətəndaşların qəbulunu keçirmişdir.