Ədliyyə naziri Fərid Əhmədov Qubada vətəndaşların qəbulunu keçirib.
18 iyul 2025 | 20:37
Ədliyyə naziri Fərid Əhmədov Qubada vətəndaşların qəbulunu keçirib.
18 iyul 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Azərbaycan Respublikasının Ədliyyə naziri Fərid Əhmədov Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, daha sonra Ədliyyə naziri Quba rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirmişdir.








