Şriftin ölçüsü :

Saytın rəngi :

Əlik kənd inzibati ərazi dairəsi üzrə səyyar vətəndaş qəbulu keçirildi.

11 iyun 2026 | 17:56
Əlik kənd inzibati ərazi dairəsi üzrə səyyar vətəndaş qəbulu keçirilib.
11 iyun 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Əlik kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, eləcə də rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, regionların inkişafı istiqamətində görülən işlər, həmçinin Quba rayonunda icra olunan layihələr barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilmiş, onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilmiş, bəzi məsələlərin araşdırılması və nəzarətdə saxlanılması üçün qeydiyyata alınması təmin edilmişdir.
Kənd sakinləri əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, kənd və qəsəbələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Səyyar qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Qırızdəhnə kəndində yaradılmış Şəhidlər xatirə bulağını ziyarət etmiş, Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək abidənin önünə gül dəstələri düzmüşdür.
Keçidlər