Energetika naziri Pərviz Şahbazov Qubada vətəndaşların qəbulunu keçirib.
20 fevral 2026 | 12:42
Energetika naziri Pərviz Şahbazov Qubada vətəndaşların qəbulunu keçirib.
20 fevral 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra Energetika naziri Pərviz Şahbazov Quba rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirmişdir.








